Qarabağ Azərbaycandır!

Altis Şirkətlər Qrupunun rəhbərliyi işçi heyəti ilə birgə Qarabağ müharibəsinin başa çatması və atəşkəsin elan olunması ilə qələbə qazanmağımızı qeyd edib.

Şirkət rəhbərliyi kollketivi adından, başda Ali Baş Komandan olmaqla bütün Azərbaycan ordusuna təşəkkür edib və vətən uğrunda canından keçərək şəhid olanlara Allahdan rəhmət, yaxınlarına başsağlığı, yaralılara Allahdan şəfa diləyib. Onların Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayacağını bildirib.

Həmçinin şirkət rəhbərliyi vurğulayıb ki, şirkət şəhid ailələrini də diqqətdə saxlayıb və saxlayacaqda. Vaxtaşırı şəhid ailələrinə ziyarətlər təşkil ediləcək və onlara maddi yardım göstəriləcək. Şirkətin hər bir əməkdaşı işğal altında olan torpaqlarımızın azadlığı, Vətənin bütövlüyü uğrunda mübarizə aparan əsgərlərimizə və onların ailələrinə bu istiqamatdə dəstək göstərməyi özünün vətəndaşlıq borcu hesab edir.

QARABAĞ AZƏRBAYCANDIR! YAŞASIN AZƏRBAYCAN!




Просмотров: 7

Недавние посты

Смотреть все